EN

Gürcüstandan azərbaycanlılar niyə deport edilib?

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya Departamenti və digər aidiyyəti strukturların birgə koordinasiyası ilə son günlər ərzində keçirilən kompleks tədbirlər nəticəsində ölkədən 34 əcnəbi vətəndaş deportasiya olunub.

XəzərNews.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, deportasiya olunan şəxslər Hindistan, Rusiya, Nigeriya, İran, Misir, Azərbaycan, Türkmənistan, Pakistan, Keniya, Ermənistan və Qırğızıstan vətəndaşlarıdır.

Aparılan istintaq zamanı müəyyən edilib ki, saxlanılan əcnəbilər “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanunun tələblərini pozaraq ölkədə hüquqi əsas olmadan qalmağa davam ediblər.

Məlumatda bildirilib ki, mövcud qanunvericiliyə əsasən, bu şəxslərin Gürcüstana girişinə qadağa qoyulub.


Xəbər 4 dəfə oxunub.
Chosen
2
xezernews.az

1Sources