EN

Son 20 ildə ilk

Son 20 ildə ilk dəfə Ukrayna klublarından heç biri UEFA Çempionlar Liqasının əsas mərhələsində çıxış etməyəcək.

Msport.az xəbər verir ki, Kiyev “Dinamo”su III təsnifat mərhələsinin cavab oyununda Kiprin “Pafos” komandasına 0:2 (ilk matçda – 0:1) hesabı ilə uduzaraq, qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandırıb.

Belə hal sonuncu dəfə 2005-06 mövsümündə yaşanmışdı. O vaxt da Ukrayna klublarından heç biri Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana bilməmişdi. Həmin dövrdə “Dinamo” İsveçrənin “Tyun” (2:2, 0:1), “Şaxtyor” isə İtaliyanın “İnter” (0:2, 1:1) klubuna uduzmuşdu.

Qeyd edək ki, ötən mövsüm Ukrayna çempionatında 3-cü yeri tutan “Şaxtyor” Avropa Liqasında mübarizə aparır.

Chosen
4
1
msport.az

2Sources