Ermənistan Sünikdə Azərbaycan təklifini qəbul edib – ekspert
İnterpress.az xəbər verir ki, Ermənistan Azərbaycanın Sünikə giriş və çıxış məntəqələrində Azərbaycan sərhəd-keçid məntəqələrinin (KPP) qurulması təklifini qəbul edib. Bu barədə News.am-a politoloq Stepan Danielyan bildirib.
Onun sözlərinə görə, həmin məntəqələrdə bütün prosesləri Azərbaycan gömrükçüləri həyata keçirəcək, məlumat toplayaraq Ermənistana ötürəcəklər. Ermənistan gömrükçüləri isə orada heç bir fəaliyyət göstərməyəcək.
Danielyan qeyd edib ki, bu, əslində Ermənistanın həmin ərazi üzərində suverenliyinin olmaması deməkdir. Lakin rəsmi İrəvan suverenliyin qorunduğunu iddia edir.