EN

Dünya Düşen Əzələ Distrofiyasının Maarifləndirmə Gününə həsr olunmuş elmi konfrans keçiriləcək

17-18 Oktyabr 2025 ci il tarixində Uşaq Nevroloji Xəstəxanasında tibb işçiləri üçün TƏBİB-in, Düşen Əzələ Distrofiyasi İctimai Birliyinin təşkilatçılığı  və Respublika Pediatriya Mərkəzinin Uşaq Nevroloji Xəstəxanası, Pasiyent Təşkilatları İttifaqının dəstəyi ilə, Dünya Düşen Əzələ Distrofiyasının Maarifləndirmə Gününə həsr olunmuş elmi konfrans keçiriləcək.

QHT.az xəbər verir ki, məqsəd, Nadir xəstəliklərdən olan Düşən Əzələ Distrofiyası (DMD) haqqında maarifləndirilməni artırmaq, daha keyfiyyətli müasir müalicə metodlarını araşdırmaq, beynəlxalq təcrübəni paylaşmaq, yerli mütəxəssislər arasında əməkdaşlığı gücləndirmək və pasiyentlərin keyfiyyətli müalicəsinin təşkil olunmasıdır.
Mövzular içində əsas    xəstəliyin genetik əsasları, endokrin və kardiak izləmə metodları, ortopedik problemlər və fizioterapiya məşq texnikaları üzrə təqdimatlar öz yerini almışdır.

Konfransın çıxışçıları - 

- Dövlət səhiyyə qurumlarının məsul nümayəndələri

-Uzm. Dr. Azər Əhmədov – Respublika Pediatriya Mərkəzinin direktoru,
 
-Pasiyent Təşkilatları İttifaqının sədri Ayaz Hüseynov,

-Uşaq Nevroloji Xəstəxananın baş həkimi:  Nevroloq
İlahə Hacıyeva,

    •    Prof. Aytən Məmmədbəyli – Azərbaycan Uşaq Nevroloqlarının Assosiasiyasının sədri, ATU Nevrologiya kafedrasının müdiri,

- Prof. Dr. Haluk Topaloğlu – Yeditepe Universiteti

- Dr. Ağarza Ağayev – Milli Hematologiya və Transfuziologiya Mərkəzi, Tibbi Genetika Bölməsinin mütəxəssisi

•    T.ü.f.d. Dr. Mədinə Tağıyeva – ATU Nevrologiya kafedrasının assistenti

    •    Dr. Nabat Ağayeva – “META” Uşaq Endokrin Mərkəzi

•    Dr. Bəhruz Əliyev – Liv Bona Dea Hospital

•    Dr. Vüsal İsmayılov – Baku Medical Plaza

•    İlayda Altay – Fizioterapist, Serebral İflic Akademiyası

– Prof. Dr. Haluk Topaloğlu (Yeditepe Universiteti) tərəfindən DMD və müalicəsində yeniliklər 

•    Rəsul Məmmədov – Düşən Əzələ Distrofiyasına Qarşı Mübarizə İctimai Birliyinin rəhbəri olacaqlar.

Chosen
64
qht.az

1Sources