EN

"Məqsədimiz pley-offu da uğurla adlamaqdır” - Leandro Andrade

style='margin-bottom:10px;'>

“Bu gün hər şey pozitiv idi. Kollektiv oyun sərgilədik. Hamı üzərinə düşəni yüksək səviyyədə yerinə yetirdi. Bir-birimizə kömək etməyə çalışırdıq. Bir sözlə, əla oyun alındı”.

QOL.az saytına müsahibəsində bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda “Şkendiya”ya 5:1 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

O, ilk növbədə bütün azarkeşlərə təşəkkür etmək istədiyini bildirib: “Stadionda möhtəşəm atmosfer var idi. Fanatlar bizə əla motivasiya vermişdilər. Onların hər birinə təşəkkürümü bildirirəm”.

“Bu nəticəni gözləyirdinizmi?” sualını Andrade belə cavablandırıb: “Oyundan əvvəl nəticə barədə düşünmürük. Fikirləşmirik ki, 1:0 hesabı ilə qalib gələcəyik, yaxud 5:0. Əsas olan meydanda işimizi görməkdir. Təbii ki, qol buraxmasaq, daha yaxşı olar”.

26 yaşlı futbolçu Ağdam klubunun yeni transferlərindən də söz açıb: “Yeni transferlərimiz çox yaxşıdır. Onlar həm meydanda bacarıqlarını nümayiş etdirirlər, həm də insan kimi çox yaxşı xüsusiyyətlərə malikdirlər. Həm meydanda, həm də meydandan kənarda çox gözəl anlaşırıq. Bu isə yaxşı nəticə qazanmaq baxımından çox vacibdir”.

O, Çempionlar Liqasındakı uğurlu çıxışı pley-offda da davam etdirmək istədiklərini vurğulayıb: “Pley-offda asan rəqib olmur. “Ferentsvaroş” da çox yaxşı komandadır. Bizi gərgin oyunlar gözləyir. Hazır olmalıyıq. Məqsədimiz pley-offu da uğurla adlamaqdır”.

Chosen
17
1
teleqraf.com

2Sources