EN

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Avqustun 12-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə Operativ Media-ya DİN-dən məlumat verilib. 

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 141, o cümlədən borclu şəxs qismində axtarışda olan 126 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.  
   
Narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.

Chosen
77
23
operativmedia.az

10Sources