EN

Qarabağ ın qələbəsi Azərbaycana nə qazandırdı? REYTİNQ

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avrokuboklarda 3-cü təsnifat mərhələsinin cavab görüşləri start götürüb.

Fanat.Az-ın məlumatına görə, ötən gecə baş tutan oyunlardan sonra ölkələrin UEFA reytinqi yenilənib.Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilib. Buna "Qarabağ"ın Çempionlar Liqasındakı uğurlu nəticəsi şərait yaradıb. Şimali Makedoniya "Şkendiya"sını Bakıda 5:1 hesabı ilə məğlub edən Qurban Qurbanovun komandası ölkəmizin hesabına daha 0.250 əmsal əlavə edib. 

Nəticədə cari mövsümdə qazanılan əmsal isə 2.125-ə yüksəlib. Hazırda ölkəmizin ümumi xal ehtiyatı 19.250-yə bərabərdir. Qitə sıralamasında 28-ci yerdə olan Azərbaycanın mövqeyi dünənki oyunlardan sonra dəyişməyib. Ən yaxın izləyicimiz Rusiyanın 18,299 xalı var. Bir pillə öndə - 27-ci yerdə qərarlaşmış Ukraynanın xal ehtiyatı isə 19,600-dür.

55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (90.839) başçılıq edir.  

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
102
9
fanat.az

10Sources