EN

Madonna Roma Papasını Qəzzaya səfər etməyə çağırıb

Amerikalı müğənni Madonna ictimaiyyətin diqqətini Qəzza zolağında uşaqların üzləşdiyi humanitar böhrana yönəldib və katolik kilsəsinin ruhani lideri və Vatikanın dövlət başçısı Papa XIV Leonu bölgəyə səfərə çağırıb.

"Siyasət vəziyyəti dəyişə bilməz, dəyişiklik yalnız maarifləndirmə yolu ilə mümkündür", - deyə Madonna "X" sosial şəbəkəsində yazıb və Papanın köməyinə ümid etdiyini bildirib. Müğənni əmin olduğunu bəyan edib ki, Roma Papasının Qəzza zolağına səfərinin qarşısını heç kim ala bilməyəcək. "Xahiş edirəm, hələ vaxt var, Qəzzaya gedin və işığınızı uşaqlara çatdırın. Bir ana olaraq onların əziyyət çəkməsinə dözə bilmirəm. Dünya uşaqları bizim övladlarımızdır, onlar hər birimizə aiddir", - deyə Madonna qeyd edib.

Chosen
15
1
azerbaijan-news.az

2Sources