EN

Fatmayı-Novxanı yolunda qəza - Xəsarət alanlardan xəbər var

Yazını böyüt
Yazını kiçilt

Dünən saat 18:30-da yol-nəqliyyat hadisəsi səbəbi ilə 3 nəfər qadın Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Hafta.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) verdiyi məlumata görə, 1947, 1970 və 2009-cu il təvəllüdlü şəxslərə döş qəfəsinin əziyi, burun, yanaq, gicgah sümüklərinin sınığı, boyunun və müxtəlif nahiyələrin səthi travması diaqnozları təyin olunub.

Vəziyyəti ağır qiymətləndirilən 1947-ci il təvəllüdlü şəxsin müalicəsi Reanimasiya şöbəsində, vəziyyətləri stabil qiymətləndirilən digər şəxslərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Chosen
21
6
hafta.az

8Sources