Çempionlar Liqasında pley-off mərhələsinə yüksələn bütün komandalar bu gün məlum olub.
Offsideplus.az xəbər verir ki, təmsilçimiz "Qarabağ"la yanaşı daha 9 cütün qalibi müəyyənləşib.
İlk oyunda səfərdə "Feyenoord"a 2:1 hesabı ilə məğlub olan "Fənərbağça" İstanbulda geridönüş edərək, növbəti raunda yüksəlib. "Sarı-lacivərtlər" "Benfika" ilə üz-üzə gələcək.
"Qarabağ"ın pley-offdakı rəqibi isə "Ferentsvaroş" olub.
Nəticələri təqdim edirik:
12 avqust
Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab qarşılaşmaları
Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi, cavab oyunları
12 avqust
20:00 "Qarabağ" – "Şkendiya" (Şimali Makedoniya) 5:1 (ilk oyun 1:0)
21:00 "Fənərbağça" (Türkiyə) – "Feyenoord" (Niderland) 5:2 (1:2)
21:00 "Pafos" (Kipr) – "Dinamo" (Kiyev, Ukrayna) 2:0 (1:0)
21:00. "Viktoriya" (Plzen, Çexiya) – "Reyncers" (Şotlandiya) 2:1 (0:3)
21:00. "Kopenhagen" (Danimarka) – "Malmö" (İsveç) 5:0 (0:0)
21:30. "Brügge" (Belçika) – "Zalsburq" (Avstriya) (1:0)
22:15. "Ferentsvaroş" (Macarıstan) – "Ludoqorets" (Bolqarıstan) 3:0 (0:0)
22:15. "Slovan" (Slovakiya) – "Kayrat" (Qazaxıstan) 1:0, penaltilər: 3:4 (0:1)
23:00. "Benfika" (Portuqaliya) – "Nitsa" (Fransa) 2:0 (2:0)
23:00. "Srvena Zvezda" (Serbiya) – "Lex" (Polşa) 1:1 (3:1)
Pley-off cütləri aşağıdakı kimidir:
"Bodo/Qlimt" - "Şturm"
"Fənərbağça" - "Benfika"
"Seltik" - "Kayrat"
"Reyncers" - "Brügge"
"Bazel" - "Kopenhagen"
"Ferentsvaroş" - "Qarabağ"
"Srvena Zvezda" - "Pafos"