EN

Tbilisi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır - Gürcüstan Prezidenti

Bakı. Trend:

“Gürcüstan Azərbaycan ilə Ermənistan arasında davam edən dialoqatöhfə verməyə hazırdır. Ölkələr arasında əməkdaşlıq regionalsabitlik üçün çox vacibdir”.

Trend xəbər verirki, bu barədə Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanladanışıqların yekunlarına dair birgə mətbuat konfransında çıxış edənGürcüstan Prezidenti Mixeil Kavelaşvili bildirib.

Onun sözlərinə görə, Tbilisi həmişə regionda dinc yaşayış vəkonstruktiv əməkdaşlıq formulunun tərəfdarı olub.

Prezident, həmçinin Gürcüstan - Türkiyə - Azərbaycan dialoqformatının əhəmiyyətini qeyd edib. “Regional əməkdaşlığın roludünyadakı geosiyasi vəziyyət fonunda artır. Azərbaycan – Gürcüstan- Türkiyə formatı ölkələrin suverenliyinə və ərazi bütövlüyünəqarşılıqlı hörmətə əsaslanan dövlətlər arasında qarşılıqlıfəaliyyətin ən yaxşı nümunəsidir”, - deyə Gürcüstan Prezidentivurğulayıb.

O qeyd edib ki, Ankarada danışıqlar zamanı Bakı – Tbilisi - Qarsdəmir yolunun potensialının açılması mövzusuna da toxunulub.

Gürcüstan Prezidenti daha sonra münaqişə zonalarında sülhünyaxınlaşmasında Türkiyə liderinin rolunu vurğulayıb. “Mən PrezidentRəcəb Tayyib Ərdoğanın Rusiya ilə Ukrayna arasında sülhəyaxınlaşması səylərinə xüsusi töhfəsini qeyd etmək istərdim”, -deyə M.Kavelaşvili Ankara ilə təmaslarda “dinamizmin” qorunubsaxlanacağına ümid etdiyini bildirib.

Mixeil Kavelaşvili Türkiyə liderini Gürcüstana səfərə dəvətedib.

Chosen
50
4
az.trend.az

4Sources