BAKI, 13 avqust. TELEQRAF
İsveçli idmançı Armand Duplantis Budapeştdə dirəklə 6,29 metr hündürlüyə tullanaraq 13-cü dəfə dünya rekordunu qırıb.
Teleqraf xəbər verir ki, Armand Duplantis hələ 2020-ci ilin fevralında Polşanın Torun şəhərində 6,17 metr tullanaraq, uşaqlıq kumiri Renaud Lavillenienin rekordunu yeniləmişdi.
“Mən Renaudu hörmətlə anmaq istəyirəm, onsuz bu hündürlüyü aşa bilməzdim”, – deyə o bildirib. Cəmi bir həftə sonra 20 yaşlı idmançı nəticəsini daha bir santimetr artıraraq, Şotlandiyanın Qlazqo şəhərində keçirilən qış turnirində 6,18 metr tullanıb.
2022-ci ildə Duplantis üç dəfə rekordu yeniləyib.
2023-cü ildə o, Lavillenie turnirində 6,22 metr, daha sonra Yucin şəhərində 6,23 metr tullanaraq rekordu yeniləyib.
2024-cü ilin aprelində 6,24 metr, Paris Olimpiya finalında 6,25 metr, üç həftə sonra Katovitsdə isə 6,26 metr hündürlüyə tullanaraq rekordlarını yeniləyib.
2025-ci ildə isə o, iki dəfə rekord qırıb: Klermon-Ferrandda 6,27 metr, Stokholmda isə 6,28 metr tullanmaqla hər kəsi yenidən heyrətləndirib.