EN

“Fənərbaxça” ÇL-in pley-offunda - GECƏNİN NƏTİCƏLƏRİ

Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, bu mərhələnin cavab görüşləri eyni gündə keçirilib.

“Qarabağ”ın “Şkendiya”nı böyük hesabla keçdiyi gündə Azərbaycan çempionunun pley-off mərhələsində potensial rəqibləri olan “Ludoqorets”lə “Ferentsvaroş” da Macarıstanda qarşılaşıblar.

Meydan sahibləri 3 cavabsız qol vurmaqla Ağdam klubuna rəqib olublar.

Səfərdə “Feyenoord”a məğlub olmuş “Fənərbaxça” da Türkiyədə böyük hesabla qələbə qazanaraq ÇL-in pley-off mərhələsinə yüksəlib.

Qarabağ (Azərbaycan) – Şkendiya (Şimali Makedoniya) 5:1 (ilk oyun 1:0)
Kopenhagen (Danimarka) – Malmö (İsveç) 5:0 (0:0)
Fənərbaxça (Türkiyə) – Feyenoord (Niderland) 5:2 (1:2)
Pafos (Kipr) – Dinamo (Kiyev, Ukrayna) 2:0 (1:0)
Viktoriya (Plzen, Çexiya) – Reyncers (Şotlandiya) 2:1 (0:3)
Brügge (Belçika) – Zalsburq (Avstriya) 3:2 (1:0)
Ferentsvaroş (Macarıstan) – Ludoqorets (Bolqarıstan) 3:0 (0:0)
Benfika (Portuqaliya) – Nitsa (Fransa) 2:0 (2:0)
Srvena Zvezda (Serbiya) – Lex (Polşa) 1:1 (3:1)
Slovan (Slovakiya) – Kayrat (Qazaxıstan) 0:1, penaltilər 3:4 (1:0)

Chosen
57
2
sportinfo.az

10Sources