EN

Siyəzəndə ölən 1 aylıq körpənin nənəsi DANIŞDI

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Siyəzəndə bir aylıq körpə ölüb, yaxınları onun ölümündə həkimi təqsirləndirirlər.

Oxu.Az xəbər verir ki, Xəzər TV-yə danışan yaxınları bildiriblər ki, 1 aylıq Əlinin hərarəti yüksəlib və onu Siyəzən xəstəxanasına aparıblar.

Ailənin iddiasına görə, xəstəxanada uşaq həkiminin olmadığını əsas gətirərək, onları həkim Mənsurə Ağayevanın evinə yönləndiriblər. Həmin gün həkim uşağı qəbul edib və ona yardım olunub.

Səhəri gün yenidən valideynləri onu Mənsurə Ağayevanın evinə aparıblar. Nənənin iddiasına görə, həmin vaxt uşağa iynə vurulub və bundan sonra uşaq ölüb. O, körpənin ölümündə həkimi təqsirkar hesab edir.

Nənəsinin iddialarına görə, uşaq öləndən sonra həkimdən uşağa vurduğu iynələrin adlarını öyrənmək istəyiblər. Lakin həkim heç bir məlumat verməyib və onları evindən qovub.

Səslənən iddialarla bağlı uşağın ölümündə təqsirli hesab olunan həkim Mənsurə Ağayeva bildirib ki, xəstəxanaya gətirilən zaman körpənin vəziyyəti ağır olub. Ona heç bir iynə vurulmayıb.

Ətraflı süjetdə:

Siyəzəndə ölən 1 aylıq körpənin nənəsi DANIŞDI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
54
3
oxu.az

4Sources