BAKI. 13 avqust. TELEQRAF
UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilib.
Teleqraf xəbər verir ki, Türkiyənin “Fənərbağça” komandası evdə Niderland “Feyenoord”u ilə üz-üzə gəlib.
1:2 hesablı səfər məğlubiyyətinin revanşında İstanbul təmsilçisi daha üstün olub - 5:2. Nəticədə Joze Mourinyonun baş məşqçi olduğu kollektiv Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib. Qrupa gedən yolda son rəqib Portuqaliya "Benfika"sı olacaq. Lissabon komandası III təsnifat mərhələsində Fransa "Nitsa"sını üstələyib - 2:0, 2:0.
Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunları
12 avqust
20:00. "Qarabağ" – "Şkendiya" (Şimali Makedoniya) - 5:1
İlk oyun 1:0
21:00. "Kopenhagen" (Danimarka) – "Malmö" (İsveç) - 5:0
İlk oyun 0:0
21:00. "Fənərbağça" (Türkiyə) – "Feyenoord" (Niderland) - 5:2
İlk oyun 1:2
21:00. "Pafos" (Kipr) – "Dinamo Kiyev" (Ukrayna) - 2:0
İlk oyun 1:0
21:00. "Viktoriya Plzen" (Çexiya) – "Reyncers" (Şotlandiya) - 2:1
İlk oyun 0:3
21:30. "Brügge" (Belçika) – "Zalsburq" (Avstriya) - 3:2
İlk oyun 1:0
22:15. "Ferentsvaroş" (Macarıstan) – "Ludoqorets" (Bolqarıstan) - 3:0
İlk oyun 0:0
22:15. "Slovan" (Slovakiya) – "Kayrat" (Qazaxıstan) - 1:0 (penaltilərlə - 3:4)
İlk oyun 0:1
23:00. "Benfika" (Portuqaliya) – "Nitsa" (Fransa) - 2:0
İlk oyun 2:0
23:00. "Srevna Zvezda" (Serbiya) – "Lex" (Polşa) - 1:1
İlk oyun 3:1
Çempionlar Liqasının pley-off mərhələsində görüşəcəklər:
19 avqust
"Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" (Azərbaycan)
"Srvena Zvezda" (Serbiya) - "Pafos" (Yunanıstan)
"Reyncers" (Şotlandiya) - "Brügge" (Belçika)
"Budö Qlimt" (Norveç) - "Şturm Qrats" (Avstriya)
"Seltik" (Şotlandiya) - "Kayrat" (Qazaxıstan)
"Fənərbağça" (Türkiyə) - "Benfika" (Portuqaliya)