EN

“Qarabağ”ın ÇL-in pley-off mərhələsində rəqibi bilindi

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, yarışın 3-cü təsnifat mərhələsinin matçında“Ferensvaroş” (Macarıstan) Budapeştdə Bolqarıstan çempionu “Ludoqorets”i qəbul edib.

Bu komandaların ilk matçı 0:0 hesabı ilə başa çatıb.

Cavab oyununda “Ferensvaroş” 3:0 hesabı ilə qələbə qazanıb və “Qarabağ”a rəqib olub.

"Qarabağ"ın "pley-off"da ilk oyunu avqustun 19-da Budapeştdə, cavab matçı avqustun 27-si Bakıda keçiriləcək.

"Qarabağ" “Ferensvaroş”la artıq bir dəfə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gəlib.

2022-ci ildə Qurban Qurbanovun komandası evdə 1:1 hesabı ilə heç-heçə etdiyi "Ferensvaroş"a Macarıstanda 3:1 hesabı ilə qalib gələrək pley-off-a yüksəlib.

“Ferensvaroş” (Macarıstan) - “Ludoqorets” (Bolqarıstan) 3:0

Qol: Barnabaş Varqa, 38, 79, , Qabor Salai, 86

Chosen
75
5
sportinfo.az

10Sources