EN

“Qarabağ”ın potensial rəqiblərinin oyununda 3-cü qol - Yenilənir

style='margin-bottom:10px;'>

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşir.

QOL.az xəbər verir ki, yarışın 3-cü təsnifat mərhələsinin digər bir matçında hazırda “Ferensvaroş” (Macarıstan) Budapeştdə Bolqarıstan çempionu “Ludoqorets”i qəbul edir. Bu komandaların ilk matçı 0:0 hesabı ilə başa çatıb.

Cavab oyunu Bakı vaxtı ilə saat 22:15-də başlanıb.

22:15. “Ferensvaroş” (Macarıstan) - “Ludoqorets” (Bolqarıstan) - 3:0 (İkinci hissə)

Qol: Barnabaş Varqa, 38, 79, Qabor Salai, 86

(İlk oyun - 0:0)

Qeyd edək ki, "Qarabağ"ın "pley-off"da ilk oyunu avqustun 19-da səfərdə, cavab matçı avqustun 27-si Bakıda keçiriləcək.

Xatırladaq ki, "Qarabağ" adları çəkilən hər iki komanda ilə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gəlib və rəqiblərindən üstün olub. Ötən il Ağdam təmsilçisi "Ludoqorets"ə Bakıda uduzsa da (1:2),səfərdə rəqibinə 7:2 hesabı ilə qalib gəıməklə mərhələ adlayıb. 2022-ci ildə isə Qurban Qurbanovun komandası evdə 1:1 hesabı ilə heç-heçə etdiyi "Ferensvaroş"a Macarıstanda 3:1 hesabı ilə qalib gələrək pley-off-a yüksəlmişdi.

Chosen
23
6
teleqraf.com

10Sources