EN

Pakistan ordusuna HÜCUM EDİLİB

Ajans.az AFR-ə istinadən xəbər verir ki, toqquşmalar ABŞ Dövlət Departamentinin qrupun bir sıra ölümcül hücumlarından sonra Bəluc Azadlıq Ordusunu (BLA) xarici terror təşkilatı elan etdiyi gün baş verib. Vaşuk rayonunda yüksək rütbəli hökumət rəsmisi onlarla yaraqlının polis bölməsinə və Sərhəd Qoşunlarının iqamətgahına hücum etdiyini bildirib. Hücumda 9 əsgər həlak olub, daha 6 əsgərin yaralandığı qeyd olunur. Vilayətin yüksək rütbəli rəsmisi deyib ki, yaraqlılar Vaşuk rayonunda Bəsimə qəsəbəsindəki Sərhəd Korpusu iqamətgahına əl qumbaraları atıblar.

Hücuma görə məsuliyyəti heç bir qrup öz üzərinə götürməyib, lakin BLA bölgədə ən fəaldır. / Müsavat

Chosen
54
4
Ajans.az

6Sources