EN

Məncə, Qarabağ ÇL in Liqa mərhələsinə düşəcək Aslan Kərimov

ain.az, Fanat portalına istinadən məlumat yayır.

UEFA Çempionlar Liqasının (ÇL) 3-cü təsnifat mərhələsində səfərdə minimal hesabla yendiyi "Şkendiya"nı evdə 5:1 hesabı ilə darmadağın edən "Qarabağ" qitənin ən nüfuzlu klub turnirinin pley-offuna yüksəldi. Ağdam təmsilçisi bu raundda "Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb "köhlən atlar"ın ÇL-in Liqa mərhələsində mübarizə aparmaq perspektivi barədə nə düşündüyünü soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu: 

"Qarabağ"ın ÇL-in Liqa mərhələsində oynayacaq potensialda komanda olduğunu əvvəlki açıqlamalarımda da demişdim. Yaxşı reytinq yığdıqlarına görə çox güclü komandalara, məsələn, "Fənərbağça"ya, "Feyenoord"a rəqib olmayacaqları öncədən bəlli idi. Təmsilçimiz geridə qalan dörd ÇL matçında bəzən kobud səhvlərə yol versə də, kifayət qədər qol imkanları yaradıb və qələbələr qazanıb. "Şkendiya" üzərində bu gün qazanılan 5:1 hesablı qələbə özünəinam baxımından olduqca önəmlidir. Hə, sonrakı rəqib daha güclü olacaq, amma "Qarabağ" əvvəllər pley-offdakı potensial rəqiblərinin hər ikisini yenib. O vaxtdan bəri çox şey dəyişsə belə... Azərbaycan çempionunun pley-offda uğur qazanmaq şansı realdır. Məncə, "Qarabağ" ÇL-in Liqa mərhələsinə düşəcək".

Nihat

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
58
50
fanat.az

10Sources