EN

Rövşən Nəcəf: “Qarabağ”a yeni qələbələr diləyirəm”

AFFA prezidenti Rövşən Nəcəf “Qarabağ”ı UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlməsi münasibəti ilə təbrik edib.

Arena.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.

“UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda Şimali Makedoniyanın “Şkendiya” klubuna qalib gələrək turnirin pley-off mərhələsinə yüksələn “Qarabağ” komandasını ürəkdən təbrik edir, qarşıdakı oyunlarda yeni qələbələr diləyirəm”, – Rövşən Nəcəf bildirib.

Xatırladaq ki, “Qarabağ” “Şkendiya”nı 5:1 hesabı ilə məğlub edib. Azərbaycanda çempionu səfərdə də bu rəqibini bir cavabsız qolla üstələmişdi.

Ağdam klubu ÇL-in pley-off mərhələsində “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

Chosen
67
19
arena.az

10Sources