EN

Qarabağ ın 4 cü cəhdi Çempionlar Liqasının himni Bakıda səslənəcək

Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Qarabağ" klubu tarixində dördüncü dəfə UEFA Çempionlar Liqasının pley-off mərhələsində oynamaq hüququ qazanıb.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu III təsnifat mərhələsində "Şkendiya"nı məğlub edərək, bu şansı əldə edib.

Ağdam klubu öncə 2017/2018, 2022/2023 və 2024/2025 mövsümlərində turnirin pley-offunda qüvvəsini sınayıb. "Qarabağ" ilk sınağından üzüağ çıxaraq, ilk dəfə qrup mərhələsində çıxış etmişdi. Qurban Qurbanovun başçılıq etdiyi komanda "Kopenhagen"i (Danimarka) səfər qolu sayəsində üstələmişdi - 1:2. 1:0.

Amma komandamızın növbəti iki cəhdi uğursiz olub. Üç ilə əvvəl Çexiyanın "Viktoriya Plzen" (0:0, 2:1), ötən mövsümdə isə Xorvatiya çempionu "Dinamo"i "Qarabağ"ın yolunu kəsib.

Turnirin reqlamentinə əasən, pley-off mərhələsindən etibarən oyunlar zaman Çempionlar Liqasının himni səsləndirilir. "Qarabağ"ın sayəsində azarkeşlərimizə 4-cü dəfə qitənin ən nüfuzlu turnirinin himnini Bakıda eşitmək müəssər olacaq.

Qeyd edək ki, Ağdam klubunu pley-off mərhələsindəki rəqibi "Lüdoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) cütünün qalibi olacaq.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
63
50
icma.az

10Sources