EN

Putin və Kim Çen In danışdı

Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Inla telefon danışığı aparıb.Metbuat.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Putin Kursk vilayətinin Ukrayna Silahlı Qüvvələrindən azad edilməsində KXDR-in dəstəyini yüksək qiymətləndirib və Kim Çen Inı Koreyanın Yaponiya müstəmləkəsindən azad olunmasının 80 illiyi münasibətilə təbrik edib.

Kim Çen In yubileyi “ümumi bayram” adlandıraraq Qırmızı Ordunun rolunu xatırladıb. Liderlər iki ölkə arasında strateji tərəfdaşlığın bütün sahələrdə inkişaf etdiriləcəyini təsdiqləyiblər.

Chosen
63
5
metbuat.az

5Sources