EN

AFFA prezidenti: “Qarabağ”a yeni qələbələr diləyirəm”

Missiya.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

AFFA prezidenti Rövşən Nəcəf “Qarabağ” komandasını UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlməsi münasibəti ilə təbrik edib.

Missiya.Az “Report”a istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.

“UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Şimali Makedoniyanın “Şkendiya" klubuna qalib gələrək turnirin pley-off mərhələsinə yüksələn “Qarabağ" komandasını ürəkdən təbrik edir, qarşıdakı oyunlarda yeni qələbələr diləyirəm”, - milli assosiasiyanın rəhbəri bildirib.

Qeyd edək ki, “Qarabağ” “Şkendiya”nı 5:1 hesabı ilə məğlub edib. Azərbaycanda çempionu səfərdə rəqibini bir cavabsız qolla üstələmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
36
19
missiya.az

10Sources