EN

"Liverpul" "Kristal Pelas"ın kapitanının transferində maraqlıdır

"Liverpul" mərkəz müdafiəçisi transfer etməyi planlaşdırır.

İdman.biz xəbər verir ki, "qırmızılar"ı "Kristal Pelas"ın kapitanı Mark Qehi ilə maraqlanır.

İngiltərə yığmasının üzvü ilə danışıqlara start verilib. 25 yaşlı futbolçunun transfer qiyməti 35-40 milyon avro dəyərləndirilir.

Qeyd edək ki, Mark Qehi "Kristal Pelas"ın heyətind İngiltərə kuboku və superkubokunu qazanıb. O, londonuların heyətində meydana çıxdığı 156 rəsmi matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.biz

Chosen
53
1
idman.biz

2Sources