Kremlin müşaviri Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı son şərtlərini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Corriere della Sera" qəzeti məlumat yayıb.
Nəşr tələblərin siyahısını aşağıdakı kimi dərc edib:
— Ukrayna Silahlı Qüvvələrinin Donbassdan çıxarılması;
— Donbass istisna olmaqla, digər istiqamətlərdə cəbhə xəttini saxlayaraq Rusiya Silahlı Qüvvələrinin Sumı, Dnepropetrovsk və Xarkov vilayətlərindən çıxarılması;
— Ukraynanın NATO-ya qoşulmamaq öhdəliyi;
— Ukraynanın demilitarizasiyası və federal strukturun konstitusiya islahatı;
— Rusiya Federasiyası ABŞ-la Ukrayna və Aİ-nin iştirakı olmadan ikitərəfli saziş bağlamaq istəyir.
Nəşr iddia edir ki, Ukrayna bundan imtina edərsə, Putin Trampdan Kiyevə bütün hərbi yardımları dayandırmasını və hətta avropalılar Ukraynaya silah verməsinlər deyə onlara silah satışını dayandırmasını istəyir.
Bizim.Media