EN

Çikunqunya virusu Azərbaycanda yayılmayacaq İnfeksionist

ain.az, Metbuat portalına istinadən məlumat yayır.

Dünyanın bəzi ölkələrində yeni virus olan çikunqunya xəstəliyinə yoluxma halları artmaqda davam edir.

İnfeksionist-həkim Mərdan Əliyev Metbuat.az-a açıqlamasında bildirib ki, bu virus endemik bir xəstəlikdir, xüsusi bölgələrdə yayılıb.

O qeyd edib ki, dünyanın bəzi bölgələrində, xüsusən də Cənubi Amerikada, Asiyanın bəzi yerlərində, Şərqi Asiya, Hindistan və indi isə Çində yayılmalar müşahidə olunur:

“Azərbaycanda hazırda belə bir virusun yayılması ehtimalı yoxdur. Çünki bunun üçün xüsusi ağcaqanadlar olmalıdır. Ağcaqanadlar bu virusu dişləmə yolu ilə insana ötürür və onun yayılması üçün uyğun şərait olmalıdır: sular, subtropik mühit, nəmli iqlim”.

Həkim deyib ki, iqlim dəyişmələri mövcuddur və gələcəkdə bu mümkündür.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
44
1
metbuat.az

2Sources