EN

Laçında QƏTL: Şübhəli şəxs saxlanıldı

Laçın rayonunda qətl hadisəsi baş verib.

"Ölkə.az" Oxu.az-a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.

Şəhər sakini Səfər Quliyev ov tüfəngi ilə qətlə yetirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat zaman hadisəni törətməkdə şübhəli bilinən, S.Quliyevin qardaşı, 1973-cü il təvəllüdlü Xasay Quliyev saxlanılıb.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Chosen
59
2
olke.az

5Sources