EN

ABŞ-a 950 milyon dollar "YEYƏN" KİMDİR

DonaldTramp ABŞ Federal Ehtiyatlar Sisteminin sədri Cerom Pauelə qarşı məhkəməyə müraciət etməyi düşünür.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti özünün "Truth Social" sosial şəbəkəsində yazıb.

“Mən Federal Ehtiyat Sisteminin binalarının tikintisinin idarə edilməsində gördüyü dəhşətli və olduqca qeyri-peşəkar işə görə Pauellə qarşı böyük iddia qaldırmağı düşünürəm”, - ABŞ lideri bildirib.

O qeyd edib ki, Pauel 50 milyon dollara başa gələn işə 1 milyard dollar xərcləməyi bacarıb.

Tramp dəfələrlə FED-in uçot dərəcəsini aşağı salmaqdan imtina etməsi fonunda Paueli işdən çıxarmaq istədiyini bildirib, siyasətçinin fikrincə, bu addım ABŞ büdcəsinə ildə 1 trilyon dollara qədər qənaət edə bilər.

Chosen
21
publika.az

1Sources