EN

Suriya ordusu ilə terror təşkilatı PKK/YPG arasında toqquşma

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Suriya Müdafiə Nazirliyi Media və Kommunikasiya İdarəsi "Suriye Demokratik Güçleri" (SDG) adı altında fəaliyyət göstərən terror təşkilatı PKK/YPG-yə bağlı iki qrupun, Hələbin şərqindəki Tel Maez bölgəsində Suriya ordusunun mövqelərinə girməyə cəhd etdiyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, nazirlikdən verilən açıqlamaya görə, hücum cəhdindən sonra bölgədə güclü toqquşmalar yaşanıb və bu döyüşlər zamanı bir Suriya hərbçisi həyatını itirib.

Nazirliyin bəyanatında: “Suriya Ərəb Ordusu döyüş qaydalarına uyğun olaraq atəşin gəldiyi nöqtələri hədəfə alıb, hücum cəhdinin qarşısını alıb və hücum edən ünsürləri geri çəkilməyə məcbur edib”, - deyilir.

Nazirlik, son gərginliyin SDG-nin Münbic və Deyr Hafir bölgələrində ordunun mövqelərini daimi olaraq hədəf alması ilə yanaşı, Hələbdəki nəzarət məntəqələrində mülki yolları istənilən şəkildə bağlama cəhdləri ilə eyni vaxta təsadüf etdiyini vurğulayıb.

Açıqlamada, SDG-nin xüsusilə Leyrmun Kəsişməsindən yaxınlıqdakı nəzarət məntəqələrindən Hələbin sakinlərinin keçid yollarını tez-tez bağladığı, bunun hökumətlə əldə edilən razılaşmaların pozulması demək olduğu bildirilib.

Nazirlik, SDG-ni Suriya dövləti ilə bağladığı razılaşmalara riayət etməyə və hücum ilə provokasiya fəaliyyətlərinə son verməyə çağırıb, belə cəhdlərin davam etməsi halında yeni nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
16
bizimyol.info

1Sources