ain.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan vətəndaşları Məhəmməd Quliyev və Gültac Abdullayevanın 2 övladı ilə birlikdə Almaniya ərazisini tərk edərək Fransadan Azərbaycana gedərkən üzləşdikləri vəziyyət barədə məlumat səfirliyə daxil olan gündən konsulluq bölməsinin əməkdaşları bu işlə məşğul olur.
Yenisabah.az APA-ya istinadl xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfirliyi məlumat yayıb.
İyulun 7-də səfirliyin qaynar xəttinə edilmiş müraciət əsasında, cütlüyün 2 övladı üçün səfirlik tərəfindən qayıdış şəhadətnaməsi rəsmiləşdirilib. pizza hut
“6 avqust tarixində Fransa ərazisini tərk etmək istəyən ailə bu ölkənin sərhəd polisi tərəfindən saxlanılıb və övladları müvəqqəti sığınacaqda yerləşdirilib.
Fransa polisinin bu addımı, Almaniya məhkəməsinin uşaqların qəyyumluğunun valideynlərdən alınması qərarı ilə əsaslandırılıb.
Hazırda Fransada yerli hakim tərəfindən məsələyə baxılması və Almaniya məhkəməsinin qərarı ilə bağlı müəyyən nəticəyə gəlinməsi gözlənilir. Bu müddət ərzində valideynlər uşaqlar ilə görüş imkanı əldə ediblər.
Səfirlik məsələ ilə bağlı Fransa tərəfinin müvafiq qurumları ilə görüşlər keçirir və müvafiq əlaqələndirməni təmin edir. Səfirlik, habelə AR-in Diaspor ilə İş üzrə Dövlət Komitəsi vətəndaşların Fransa ərazisində müvəqqəti qalması məsələsində onlara yardım göstərir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.