EN

Tramp-Putin sammiti Alyaskada bu oteldə keçiriləcək - lüks otelə qonaq qəbulu dayandırıldı…


Avqustun 15-nə planlaşdırılan Tramp-Putin sammitinin Alyaskanın Qirdvud şəhərindəki “Alyeska Resort”da keçiriləcəyinə dair güclü əlamətlər ortaya çıxıb.

Yerli A”lyeska Landmine” qəzetinin etibarlı mənbələrə istinadən verdiyi məlumata görə, otelin rezervasiya sistemi 12-16 avqust tarixlərini “dolu” kimi göstərir. “Görüşün “Alyeska Resort”da keçirilə biləcəyi barədə bizə məlumat verilib. Otel rezervasiya sistemi 12-16 avqust tarixlərini tamamilə bağlı kimi göstərir” – deyə qəzet yazır.

“Kommersant” da yazır ki, oteldə yalnız avqustun 14-ü və 15-i üçün rezervasiyalar mövcuddur. Bu uyğunsuzluq otelin müəyyən sahələrinin təhlükəsizlik səbəbi ilə bağlanmış ola biləcəyi ilə bağlı fərziyyələrə səbəb olub. “Alyeska Resort” Alyaskanın ən dəbdəbəli otellərindən biri kimi tanınır və Ankoricdən təxminən 40 dəqiqəlik məsafədə yerləşir.

ABŞ prezidenti Donald Trampın avqustun 9-da Putinlə avqustun 15-də Alyaskada görüşəcəyinə ümid etdiyi barədə bəyanatından sonra Kremlin sözçüsü Yuri Uşakov bu məlumatı təsdiqləyib. Uşakov bildirib ki, əsas gündəm məsələsi Rusiya-Ukrayna münaqişəsinin həlli olacaq. CBS News mənbələri iddia edib ki, Ukrayna prezidenti Vladimir Zelenski də danışıqlarda “müəyyən şəkildə” iştirak edə bilər.

Alyaska rəsmiləri hələ rəsmi açıqlama verməsələr də, Qirdvud bölgəsində fövqəladə təhlükəsizlik tədbirlərinin həyata keçirildiyini təsdiqləyiblər. Xüsusilə Alyeska kurortunun ətrafında federal və əyalət təhlükəsizlik qüvvələrinin sayında əhəmiyyətli artım olduğu bildirilir. Diplomatik dairələr bu tarixi sammitin dünya siyasətində yeni dönüş nöqtəsi ola biləcəyinə inanırlar.

Son hadisələr fonunda beynəlxalq media mənbələrə istinadən yazır ki, ABŞ Dövlət Departamentinin rəsmiləri Alyaskaya ilkin hazırlıq qrupu göndərib, Rusiya nümayəndə heyət də texniki yoxlamalar üçün bölgəyə gəlib və burada Zelenskinin mümkün iştirakı ilə bağlı üçtərəfli danışıqlar müzakirə edilib. Alyaska Qubernatorluğu "tarixi diplomatik hadisəyə" ev sahibliyi etməyə hazır olduqlarını, lakin detalları federal rəsmilərin açıqlayacağını bildiriblər.

TAHİR

Chosen
3
50
baki-xeber.com

10Sources