EN

İran XİN rəhbəri: “Tehran regionda istənilən geosiyasi dəyişikliyin əleyhinədir”

ain.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

“Heç bir yol İranın digər tranzit marşrutlarına çıxışına mane olmamalıdır”

İranın xarici işlər naziri Abbas Əraqçi ilə erməni həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub. AYNA.AZ İran mediasına istinadən bildirir ki, Əraqçi vurğulayıb ki, “heç bir yol İranın digər tranzit marşrutlarına çıxışına mane olmamalıdır”.

İranlı nazir Azərbaycan və Ermənistan arasında sülh istiqamətində atılan addımlardan məmnunluğunu ifadə edib, lakin qeyd edib ki, “İran regionda istənilən geosiyasi dəyişikliyin əleyhinədir”.

Öz növbəsində, Mirzoyan Ermənistanla İran arasında münasibətlərin dostluq və mehriban qonşuluq üzərində qurulduğunu bəyan edib və İrəvanın Tehranla münasibətləri prioritet hesab etdiyini vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
24
ayna.az

1Sources