Səudiyyə Ərəbistanı klubu Kilian Mbappe üçün 350 milyon avroluq tarixi transfer təklifi etməyə hazırdır.
Publika.az xəbər verir ki, bu barədə "Defensa Central" məlumat yayıb.
Bu, daha əvvəl Vinisius Juniora təklif edilən 300 milyondan da çoxdur. Məqsəd liqanın imicini gücləndirmək üçün superulduz transfer etməkdir.
Hücumçunun maaşı "Əl-Nəsr"də çıxış edən Kriştiano Ronaldonun müqaviləsinə yaxın ola bilərdi. "Real"ın cavabı konkret olub: Mbappe satılmır.