EN

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının üzvlərinin sayı açıqlanıb

Həmkarlar İttifaqına üzvlərin sayı 1 034 701 nəfərə çatıb.

Far.Az xəbər verir ki, bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat konfransında məlumat verilib.

Qeyd edilib ki, onlardan 513 317-si kişi, 521 384-ü qadındır. Üzvlərin 208 641-i isə 29 yaşadək gənclərdir.

Həmçinin məlumat verilib ki, 209 şəhid ailəsinin 378 övladına maddi yardım göstərilir.

Chosen
103
1
far.az

2Sources