Bu həftəsonu UFC-də uzun müddətdir gözlənilən döyüşlərdən biri baş tutacaq.

Offsideplus.az xəbər verir ki, Hamzat Çimayev və Drikus Dyu Plessi qarşılaşacaq. Bu görüş UFC319 çərçivəsində baş tutacaq və gecənin əsas döyüşü olacaq.

Artıq qarşılaşmanın əmsalları açıqlanıb. 

H. Çimayev döyüşün aşkar favoritidir. Kontorlar ona 1.37 əmsal verib. Dyu Plessinin əmsalı isə 2.90-dır.

Rusiyalı döyüşçü indiyə qədər bütün görüşlərində qələbə qazanıb və məğlubiyyətin nə olduğunu bilmir.

Cənubi afrikalı Drikus isə 25 görüşün 23-də qələbə qazanıb və yalnız 2-də məğlub olub.

Döyüş avqustun 16-dan 17-nə keçən gecə baş tutacaq.