EN

Reklam qanunvericiliyinə nəzarət ilə əlaqədar baxılmış müraciətlərin sayı artıb

Reklam qanunvericiliyinə nəzarət bazar iştirakçıları üçün bərabər şərtlərin yaradılması və haqsız rəqabətin qarşısının alınmasına xidmət edir. Bu proses həmçinin istehlakçıların məhsul və xidmətlər barədə düzgün və dolğun məlumat almasına şərait yaradır, onların sərbəst seçim hüquqlarının təmin olunmasına töhfə verir.

2025-ci ilin yanvar–iyun aylarında qanunsuz reklamların yayımı ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən baxılmış müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 25% artaraq 80-ə çatıb. 2024-cü ilin müvafiq dövründə bu göstərici 64 olub.

Cari ilin ilk altı ayında baxılmış müraciətlərin sahələr üzrə bölgüsü belədir:

Xidmət sektoru – 37 müraciət
Ticarət – 15 müraciət
Qeyri-qida məhsulları – 8 müraciət
İctimai iaşə – 4 müraciət
Dərman vasitələri və tibbi avadanlıqlar – 2 müraciət
Qida məhsulları – 1 müraciət
Tütün məmulatları – 1 müraciət
Digər sahələr – 12 müraciət.

Chosen
11
vergiler.az

1Sources