EN

Çin ABŞ ın 28 şirkətinə ixrac nəzarətini 90 gün təxirə salıb

ain.az xəbər verir, Ayna saytına əsaslanaraq.

Pekin 28 ABŞ şirkətinə ixrac nəzarətini üç ay müddətinə dayandırıb

Çin ölkələr arasında ticarət danışıqları zamanı əldə olunan razılaşmalara uyğun olaraq, 28 ABŞ şirkətinə ixrac nəzarətini üç ay müddətinə dayandırıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Çin Ticarət Nazirliyindən bildirilib.

"Çin-ABŞ yüksək səviyyəli iqtisadi və ticarət danışıqları zamanı əldə olunan konsensusun həyata keçirilməsi üçün yuxarıda qeyd olunan tədbirlərin 2025-ci il avqustun 12-dən etibarən 90 gün müddətinə dayandırılması qərara alınıb", - nazirliyin açıqlamasında vurğulanıb.

Qeyd olunub ki, 28 ABŞ şirkəti üçün ikili təyinatlı malların ixracı lazımdırsa, ixrac operatoru yoxlama aparacaq Ticarət Nazirliyinə müraciət etməlidir. Əgər malların nomenklaturası Çin qanunlarına uyğundursa, ixraca icazə veriləcək.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 11 avqust tarixli sərəncamı ilə Çin mallarına rüsumların tətbiqini daha 90 gün - 2025-ci il noyabrın 10-dək təxirə salıb. Sərəncamda uzadılmanın Çin ilə davam edən danışıqlarda “Çinin qarşılıqlı olmayan ticarət razılaşmalarını düzəltmək və ABŞ-ın iqtisadi və milli təhlükəsizlik problemlərini həll etmək üçün əhəmiyyətli addımlar atmağa davam etməsi” ilə mümkün olduğu bildirilib.

Əvvəlki 90 günlük tarifdən imtina bu gün - avqustun 12-də başa çatmalı idi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
13
ayna.az

1Sources