EN

Çin bu səbəbdən Çexiya prezidenti ilə bütün əlaqələri kəsdi

Çin hökuməti Çexiya prezidenti Petr Pavellə 14-cü Dalay Lamanın görüşünə cavab olaraq Çexiya lideri ilə bütün əlaqələri kəsib. 

"Unikal" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cyan bildirib.

"Dəfələrlə etirazlara və Çinin güclü müqavimətinə baxmayaraq , Çexiya prezidenti Petr Pavel Dalay Lama ilə görüşmək üçün Hindistana səfər edib. Bu, Çexiya hökumətinin Çin tərəfi qarşısında götürdüyü siyasi öhdəliklərə ciddi şəkildə ziddir və Çinin suverenliyinə və ərazi bütövlüyünə xələl gətirir", - sözçü bildirib.

Onun sözlərinə görə, Pekin Çexiya prezidentinin bu addımını kəskin pisləyib və onun Tibetin ruhani lideri ilə görüşlərinə görə Çexiya tərəfinə öz etirazını bildirib.

Gülayə Mecid 

Chosen
120
50
unikal.az

10Sources