EN

Bermud üçbucağının SİRRİ TAPILDI

Avstraliyalı tədqiqatçı Karl Kruşelnitski Bermud üçbucağı fenomeninin izahını tapdığını iddia edib. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Popular Mechanics” jurnalı məlumat yayıb.

Kruşelnitskinin sözlərinə görə, bu regionda gəmi və təyyarələrin yoxa çıxmasında müəmmalı heç nə yoxdur. Onun hesablamalarına görə, Bermud üçbucağında itmiş gəmi və təyyarələrin payı dünya okeanının digər əraziləri üzrə orta göstəricidən fərqlənmir.

Alim Bermud üçbucağında müntəzəm olaraq təyyarə və gəmi qəzalarının baş verdiyini inkar etmir. Lakin onun fikrincə, insidentlərin çoxluğu gəmiçilik və aviasiya üçün də çətin hesab edilən bu ərazidə nəqliyyatın intensivliyinin yüksək olması ilə bağlıdır.

Bermud üçbucağı Atlantik okeanında Florida, Bermud və Puerto Riko ilə həmsərhəd olan ərazidir. Məşhur inanca görə, təyyarələr və gəmilər bu ərazidə izaholunmaz tezliklərlə yoxa çıxır. Ən məşhur hadisə 1945-ci ildə beş Amerika bombardmançısının yoxa çıxmasıdır.

Chosen
68
7
cebheinfo.az

8Sources