EN

Köçəryan və keçmiş məmurlardan 1,7 milyon dollar tələb edilir

Ayna saytından verilən məlumata görə, ain.az xəbər verir.

İddia ərizəsi Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə göndərilib

Ermənistan Baş Prokurorluğu ölkə hökuməti tərəfindən 2008-ci il martın 1-də baş vermiş kütləvi iğtişaşlar zamanı həlak olanların ailələrinə ödənilən 670 milyon dramın (1,7 milyon dollar) sabiq Prezident Robert Köçəryan və digər keçmiş məmurlardan alınmasını tələb edir. AYNA.AZ erməni mediasına istinadən xəbər verir ki, bu barədə məlumat məhkəmə-hüquqi məlumat portalı “Datalex”də dərc olunub.

İddia ərizəsi Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə göndərilib. Prokurorluq Köçəryandan, keçmiş vitse-spiker Armen Gevorqyandan, ordunun Baş Qərargahının o vaxtkı rəisi Seyran Ohanyandan və müdafiə nazirinin keçmiş müavini Yuri Xaçaturovdan bərabər hissələrdə göstərilən məbləği tələb edir.

Qeyd edək ki, 2019-cu ildə Ermənistan Parlamenti 2008-ci il martın 1-də etiraz aksiyalarının dağıdılması zamanı həlak olanların və yaralananların yaxınlarına yardım göstərilməsi haqqında qanun qəbul edib.Həmin il Ədliyyə Nazirliyi bunun üçün 720 milyon dram ayırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
69
ayna.az

1Sources