EN

Azərbaycanda II kateqoriyalı güləş hakimlərinin sayı səkkizə çatıb

Bakı, 12 avqust, AZƏRTAC

İtaliyanın Kaorle şəhərində keçirilən U-15 Avropa çempionatında Azərbaycanı təmsil edən güləş hakimləri Dünya Güləş Birliyi tərəfindən keçirilən imtahanlardan uğurla keçiblər.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildirilib ki, Kənan Hacıəliyev və Sevinc Yusibova beynəlxalq kateqoriyalarını artıraraq II dərəcəyə yüksəliblər.

Bununla da II dərəcəli güləş hakimlərimizin sayı səkkizə çatıb.

Chosen
22
4
azertag.az

5Sources