EN

KİV: Zelenski Rusiyaya ərazi güzəştinə gedir

BAKI, 12 avqust. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Trampın görüşü ərəfəsində ərazi güzəştləri ilə bağlı mövqeyini yumşaldıb.

Teleqraf xəbər verir ki, Britaniyanın “The Daily Telegraph” nəşri bu dəyişikliyin səbəbini açıqlayıb.

“Zelenski etiraf edib ki, münaqişəyə son qoymaq üçün hansısa formada ərazi güzəştlərinə getmək lazımdır. Bu olmasaydı, çox güman ki, o, Amerikanın dəstəyini itirəcək və avropalı müttəfiqlər də sonda yoxa çıxacaqlar”, - məqalədə deyilir.

Nəşr xatırladıb ki, Tramp avqustun 11-də Ukraynada nizamlanma barədə danışarkən, prosesdə ərazi mübadiləsi məsələsinə də toxunub.

Chosen
52
3
teleqraf.com

4Sources