EN

Prokurorluq Koçaryan və digər məmurların kompensasiya kimi 1,7 milyon dollar ödəməsini tələb edib

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Ermənistanın Baş Prokurorluğu, keçmiş prezident Robert Koçaryan və digər sabiq məmurlardan, 2008-ci il 1 mart hadisələrinin qurbanlarına və onların ailələrinə verilən 670 milyon dram (təxminən 1,7 milyon dollar) məbləğində kompensasiyanın müsadirə edilməsini tələb edir.

Bizimyol.info xəbər verir ki, bu barədə məlumat, "Datalex" hüquqi informasiya saytında yayımlanıb.

İddianamə, Antikorrupsiya Məhkəməsinə göndərilib və məhkəmə prosesi hakim Aşxen Karslyan tərəfindən aparılacaq. Prokurorluq, göstərilən məbləği, Koçaryan, keçmiş parlamentin vitse-spikeri Armen Gevorkyan, o dövrdə Baş Qərargahın rəisi Seyran Ohanyan və sabiq Müdafiə nazirinin müavini Yuri Xaçaturovdan bərabər hissələrdə tələb edir.

Qeyd edək ki, 2019-cu ildə Ermənistan parlamenti, 2008-ci ilin mart hadisələri nəticəsində həlak olanların və zərər çəkənlərin ailələrinə yardım göstərilməsi ilə bağlı qanun qəbul etmişdi. Həmin ilin sonunda Ədliyyə Nazirliyi bu məqsədlə 720 milyon dram vəsait ayırmışdı.

Xatırladaq ki, Ermənistanın müxalifəti, ilk prezident Levon Ter-Petrosyanın rəhbərliyi altında, fevralın 19-da keçirilən prezident seçkilərinin nəticələrinə etiraz olaraq 2008-ci ilin mart ayında 24 saatlıq mitinqlər və yürüşlər təşkil etmişdi. 1-2 mart tarixlərində bu aksiyalar təhlükəsizlik qüvvələri ilə geniş miqyaslı toqquşmalara səbəb oldu. Nəticədə 10 nəfər həyatını itirdi, 200 nəfərdən çox adam isə yaralandı.

2018-ci il "məxməri inqilab"dan sonra, ikinci prezident Robert Koçaryana 2008-ci ilin hadisələri zamanı konstitusiyalı hakimiyyəti devirməkdə ittihamlar irəli sürüldü. 2021-ci ilin aprelində, Koçaryan bu ittihamlarla bağlı tamamilə bəraət qazandı, çünki Konstitusiya Məhkəməsi ona qarşı irəli sürülən maddənin Konstitusiyaya zidd olduğunu qərara almışdı.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
15
bizimyol.info

1Sources