Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Sumqayıt" heyətini yeni oyunçu ilə gücləndirib."Football-plus.az" xəbər verir ki, Braziliyanın "Paysandu" klubundan Keffel Resende transfer edilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı cinah müdafiəçisi ilə 2+1 illik müqavilə imzalanıb. Qeyd edək ki, Keffel 2024-cü ilin yayından "Paysandu"da çıxış edir. Braziliyalı futbolçu daha əvvəl Portuqaliyada "Trofense", "Torrense" və "Portimonense"də oynayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.