EN

Prezident İlham Əliyev Lənkəranda yol tikintisinə 1,5 milyon manat ayırıb - SƏRƏNCAM

Bakı. Trend:

Lənkəran rayonunun Hirkan–Daştatük–Biləsər avtomobil yolu təmirolunacaq.

Trend xəbər verir ki, bununlabağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, yeddi min nəfər əhalinin yaşadığı 3 yaşayışməntəqəsini birləşdirən Hirkan–Daştatük–Biləsər avtomobil yolunundağılmış hissəsinin bərpası və istinad divarlarının tikintisiməqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə1,5 milyonmanat ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-cihissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın1-ci hissəsində göstərilən avtomobil yolunun təmirinin davametdirilməsi üçün zəruri olan maliyyə vəsaitini AzərbaycanRespublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslıvəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalıdır.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdanirəli gələn məsələləri həll etməlidir.

Chosen
34
42
az.trend.az

10Sources