Bakı, 12 avqust, AZƏRTAC
Qadın voleybolçulardan ibarət “Milli Aviasiya Akademiyası” heyətinə yeni oyunçu cəlb edib.
AZƏRTAC-ın məlumatına görə, Bakı klubu braziliyalı Qabriela Da Silvanın keçidini rəsmiləşdirib. Voleybolçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Qabi” ləqəbli oyunçu ötən mövsümü İsrailin “Makkabi Hayfa” komandasında keçirib.