EN

Prezident Elektron Hökumət İnformasiya Sistemi ilə bağlı fərman imzaladı

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Prezident İlham Əliyev Elektron Hökumət İnformasiya Sisteminin fəaliyyətinin təmin edilməsi və mərkəzi, yerli icra hakimiyyəti orqanlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin və digər büdcə təşkilatlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında Fərman imzalayıb.

Oxu.Az bununla bağlı President.az-a istinadən xəbər verir.

Fərmanla "Elektron Hökumət İnformasiya Sistemi haqqında Əsasnamə" təsdiq edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
41
8
oxu.az

10Sources