EN

Bayram Beqay Prezident İlham Əliyevə zəng edib

Bakı. Trend:

Avqustun 12-də Albaniya Respublikasının Prezidenti Bayram BeqayAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Trend xəbər verir ki, BayramBeqay Azərbaycanla Ermənistan arasında münasibətlərinnormallaşması, həmçinin ABŞ Prezidentinin şahidliyi iləbəyannamənin və digər sənədlərin imzalanması ilə bağlı dövlətimizinbaşçısını təbrik edib. O, bu prosesdə nümayiş etdirdiyi əzmə vəliderliyə görə Azərbaycan Prezidentinin rolunu xüsusi vurğulayıb.Eyni zamanda, Bayram Beqay ABŞ Prezidentinin prosesə verdiyidəstəyi yüksək qiymətləndirib.

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib.Dövlətimizin başçısı regionda sülh gündəliyinin təşəbbüskarının vəsülh müqaviləsinin mətninin müəllifinin də məhz Azərbaycan olduğunuvurğulayıb, Vaşinqtonda keçirilmiş görüş əsnasında qəbul edilmişsənədlərin sülh gündəliyinin irəli aparılması baxımından önəminətoxunub. Prezident İlham Əliyev bu prosesə göstərdiyi dəstəyə görəABŞ Prezidentinin rolunu qeyd edib.

Telefon söhbəti zamanı Azərbaycanın ilə Albaniyanın beynəlxalqtəşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı və qarşılıqlı dəstəyiyüksək qiymətləndirilib.

Chosen
84
49
az.trend.az

10Sources