2025-2026-cı tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların qeydiyyatı prosesinə iyulun 18-də start verilib.
İndiyədək ölkə üzrə 32 min 371 nəfərin sorğusu təsdiqlənib, 4104 nəfər uşağın sorğusu isə təsdiq gözləyir.
Qeyd edək ki, 2025-2026-cı tədris ilində ölkə üzrə 1669 məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün proqnozlaşdırılan uşaq sayı 58 min 500 nəfərdir. Artıq uşaqların 70 faizi məktəbəqədər təhsil müəssisələrinə yerləşib.