EN

Qubada 52 yaşlı kişinin yanaraq ölməsi ilə bağlı YENİ DETALLAR

Xəbər verdiyimiz kimi, Qubanın Paşaoba kəndində 52 yaşlı kişi evində yanaraq həyatını itirib.

Bizim.Media xəbər verir ki, yanğında həlak olan Telman Əhmədov hadisə zamanı evdə tək olub.
 

MÖVZU İLƏ BAĞLI

Qubada bədbəxt HADİSƏ: 52 yaşlı kişi yanaraq HƏYATINI İTİRDİ



52 yaşlı sakin evin qarşısındakı mətbəxdə olarkən hadisə baş verib.
 

Alovu görən qonşular dərhal köməyə gəlib, yanğını söndürüblər. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının genişlənməsinin qarşısını alıblar.


Yanğının hansı səbəbdən baş verdiyi açıqlanmayıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Chosen
42
bizim.media

1Sources